Menu
Geri İrəli

Gəncə niyə dövlət büdcəsindən maliyyələşir, ancaq Sumqayıt yox? – Deputatdan İZAHAT

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Oktyabr 2013 • Baxış sayı: 196 dəfə • Şərh yoxdur
Share Button

Milli Məclisə daxil olmuş 2014-cü ilin büdcə zərfində Bakı, Sumqayıt, Mingəçevir və Şirvan şəhərləri, habelə Abşeron və İmişli rayonlarına dövlət büdcəsindən heç bir vəsait ayrılmayıb. Büdcədən ayrılan maliyyədən imtina edənlər arasında Bakı və Sumqayıt kimi iri şəhərlər olsa da, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin adı bu siyahıda yoxdur.

Millət vəkili Musa Quliyev Gəncənin dövlət büdcəsindən imtina etməməsinin səbəbini Modern.az-a izah edib. Onun sözlərinə görə, büdcədən Gəncəyə maliyyə ayrılması onun daha böyük inkişafı ilə bağlıdır.

“Cənab prezident qarşıya məqsəd qoyub ki, yaxın 3 ildə Gəncə ölkənin 2-ci ən böyük sənaye mərkəzinə çevrilməlidir. Bilirsiniz ki, Gəncəyə yeni icra başçısı təyin olunandan sonra burada yenidənqurma işləri aparılıb. Bu kimi layihələr böyük vəsait tələb edən məsələdir. Burada texnopark, alüminium zavodu genişlənir və qara metallurgiya zavodu salınır, mədəniyyət mərkəzləri tikilir. Böyük filarmoniyanın əsası qoyulur, Nizami Gəncəvi Mərkəzi, Məhsəti muzeyi tikilir. Bundan başqa, şəhərdə istehsal xarakterli müəssisələr, mehmanxanalar, yollar inşa olunur. Odur ki, Gəncəyə dövlət büdcəsindən vəsait ayrılması təbiidir. Yaxın illərdə Gəncə nəinki özü özünü təmin edəcək, hətta büdcəyə maliyyə verməyə də hazır olacaq. Təbii ki, bu sənaye kompleksləri tikilib istifadəyə veriləndən sonra şəhər özü özünü təmin etmək gücündə olacaq. Mən də şəhər və rayonların büdcədən asılılığın əleyhinəyəm. Amma bundan başqa ilk növbədə infrastruktur yaradılmalıdır”.

Gültəkin ƏLƏSGƏR 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın