Menu
Geri İrəli

“Gənc Bloqçular Şəbəkəsi” Bloqlar haqqında təlim elanı

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Oktyabr 2010 • Baxış sayı: 253 dəfə • Şərh yoxdur

BarKamp Azərbaycan təşkilatı, “Gənc Bloqçular Şəbəkəsi” koalisiyası Sumqayıt şəhərində bloqlarla bağlı üç günlük təlim keçirəcək. Təlim 2010-cu il oktyabr ayının 15-16-17-si Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasında baş tutacaq.

Təlimdə İnternetlə və Bloqçuluqla maraqlanan və məşğul olmaq istəyən gənclər, tələbələr, bloqçular iştirak edə bilərlər. Üç günlük təlim ərzində “Bloq nədir? Nə üçün yazmaq lazımdır?”, “Bloq yazmaq (post növləri, nə yazmalı, necə yazmalı və necə yerləşdirməli)”,”Məşhurlaşdırmaq və yaymaq (oxucuların cəlb olunması)”, “Bloqun idarə olunması (istifadə rahatlığı, funksionallıq, əks-əlaqə)”, “Bloq yaratmaq (prinsiplər, ad seçimi, platforma seçimi)”, “Bloqdan qazanc (Kim qazanır? Nə və necə qazanır?)” kimi movzularla bağlı məlumat əldə edəcəksiniz. Təlimə nəzəri məlumatla yanaşı praktik məşğələlər də daxildir. İştirakçılar komputer və internetlə təmin olunacaqlar.

Təlimdə iştirakın şərtləri:

1. 18-27 yaş arası gənclər iştirak edə bilərlər

2. Təlimin hər üç günündə iştirak etmək vacibdir

3. Hal-hazırda bloqu olanlar və ya olmayıb yaratmaq istəyənlər də iştirak edə bilər

Təlimdə iştirak etmək istəyənlər online ərizə formasını 12 oktyabr saat 23:00-a qədər doldurub göndərməlidirlər: http://url.az/bloqsumqayit

Suallarınızı yazyay@gmail.com ünvanına göndərə bilərlərsiniz.

DİQQƏT: formanı özünüzün, şəxsən və diqqətlə doldurmağınız xahiş olunur. Son tarix: 13 oktyabr saat 23:00.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın