Menu
Geri İrəli

Gənc jurnalistlər üçün beynəlxalq müsabiqə olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Oktyabr 2012 • Baxış sayı: 228 dəfə • Şərh yoxdur

Dünyanın 25 ölkəsinin gəncini birləşdirən “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının İstanbul şəhərində idarə heyətinin iclası keçirilib. Sayca ikinci olan iclasda təşkilatın gündəmində olan bir sıra məsələlər müzakirə edilib. İdarə heyətinin iclasında təşkilatın üzvlük məsələləri, üzv ölkələrində qeydiyyatı, noyabr ayında Qazaxıstanının paytaxtı Astana şəhərində keçiriləcək üzvlər şurası və həyata keçiriləcək layihələr ətrafında geniş müzakirələr aparılıb.
İdarə heyətinin təklifləri əsasında “Gənc jurnalistlər üçün beynəlxalq müsabiqə”, “Gənc şairələr müsabiqəsi”, ilin sonuna qədər hər ay bir üzv ölkədə təşkil olunmaqla idman tədbirləri, hər il bir üzv ölkədə keçirilməklə gənclər festivalı nəzərdə tutulub. Ən nəhayət, görüşdə tarixi ipək yolu üzərində yerləşən ölkələrin hər birinə səyahət edərək tarixən mövcud olmuş ticarət karvanı ideyasını yenidən canlandıracaq gənclərdən ibarət “Mədəniyyət karvanı” və sair kimi layihələr qəbul olunub. Həmçinin regional nümayəndəliklərin acılması üzrə hazırlıq işlərinə start verilib.
Qeyd edək ki, gələn ay Astanada keçirilək üzvlər şurası zamanı idarə heyətinin iclasının nəticələri əsasında ittifaqın cari məsələləri təsdiq olunacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın