Menu
Geri İrəli

Gənc Liderlərin Beynəlxalq Forumu keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Avqust 2011 • Baxış sayı: 177 dəfə • Şərh yoxdur

Bu günlərdə  Olimpik Novxanı Oteldə “AEGEE-Sumqayıt” İctimai Birliyinin təşkil etdiyi Gənc Liderlərin Beynəlxalq Forumunun rəsmi açılış mərasimi keçirilib. Dünyanın 10-a yaxın müxtəlif ölkəsindən Azərbaycana gələn liderlər 5 gün müddətində “Gənclərin aktiv iştirakında qeyri-formal təhsilin rolu” mövzusunda müzakirələr aparılıb. Bu barədə sumqayitxeber.com saytına birliyin sədri Azər Məhərrəmov məlumat verib.

Forumun keçirilməsindəki əsas məqsəd gənclərin fəallığının artırılması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması olmuşdur. Layihə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilib. Layihənin rəsmi tərəfdaşı Step Group təlim şirkəti olmuşdur.

Qeyd edək ki, AEGEE (Association des Etats Generaux des Etudiants de l’Europe), yəni Avropa Tələbələr Forumu dünyanın ən böyük tələbə assosiasiyasıdır; təşkilat Avropanın 43 ölkəsinin 243 şəhərindən olan 17.000-dək müxtəlif füsunkar mədəniyyətlərə malik tələbə və gəncləri özündə birləşdirir. AEGEE dünyəvi, gəlir güdməyən, heç bir siyasi partiyaya aid olmayan bir təşkilatdır. AEGEE-Sumqayıt İctimai Birliyi AEGEE-Avropa şəbəkəsinin ən gənc üzvlərindən biridir. Azərbaycanı Avropanın bir hissəsi hesab edən AEGEE-Sumqayıt Avropa və Azərbaycan gəncləri arasında olan əməkdaşlığı, münasibətləri və inteqrasiyanın genişlənməsinin tərəfdarıdır. Bu məqsədlə AEGEE-Sumqayıt müxtəlif yerli və beynəlxalq tədbirlər, o cümlədən yay universitetləri, dil kursları həyata keçirir və onlarda aktiv inkişaf edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın