Menu
Geri İrəli

GƏNC MÜƏLLİMLƏRLƏ GÖRÜŞ

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Oktyabr 2010 • Baxış sayı: 216 dəfə • Şərh yoxdur

05 Oktyabr – Beynəlxalq Müəllim Günü münasibətilə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi Təhsil Şöbəsi ilə birgə 05 oktyabr 2010-cu il tarixində Təhsil Şöbəsinin konfrans zalında şəhərin orta ümumtəhsil məktəblərində çalışan bir qrup gənc müəllimlə görüş keçirmişdir.

Görüşdə çıxış edən şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov gənc müəllimlərin peşə bayramını təbrik edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və şəhər rəhbərliyinin təhsilin inkişafına göstərdiyi diqqətdən, təhsildə əldə edilən nailiyyətlərdə gənc müəllimlərin rolundan danışmışdır.

Baş İdarənin rəisi Musa Həsənov çıxış edərək gənc müəllimlərin peşə bayramını təbrik edərək onların şəhərin ictimai həyatındakı rolundan, Təhsil Şöbəsi nəzdində Gənc Müəllimlər Şurasının fəaliyyətindən və təhsil sahəsinə göstərilən dövlət qayğısından bəhs etmişdir.

Sonda Şuranın fəalları mövzu ətrafinda öz fikirlərini bildirmişdir..

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun aparıcı məsləhətçisi                                      İsmayıl Kərimov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın