Menu
Geri İrəli

Gənclər AİDS və nakomaniya ilə mübarizəyə başlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Sentyabr 2009 • Baxış sayı: 379 dəfə • Şərh yoxdur

Gənclər üçün Təhsil Mərkəzi bu ilin əvvəlindən başlayaraq Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun İctimai Səhiyyə Proqramının və Qlobal Fondun maliyyə dəstəyi ilə “Gənclər sağlam həyat uğrunda”
layihəsinin icrasını davam etdirir. Bu barədə RİA-ya Gənclər üçün Təhsil Mərkəzindən məlumat verilib.

Məlumata görə, Sumqayıt şəhərində həyata keçirilən layihənin əsas məqsədi gənclər arasında narkomaniya və AİDS-ə qarşı maarifləndirici, eləcə də profilaktik tədbirlərin gücləndirilməsidir.

Bir il müddətində həyata keçiriləcək layihə çərçivəsində Sumqayıt şəhərində “yardım məntəqəsi” yaradılmışdır ki, bu da öz növbəsində layihə fəaliyyətlərinin reallaşmasına xidmət edir. Yaradılmış məntəqə gənclər üçün təlimlər və profilaktik tədbirlər təşkil etməklə yanaşı, narkotikə aludə olan gənclərin həkimlərə göndərilməsini, psixoloji və hüquqi yardımlar almasını tənzimləyir.

Qeyd edək ki, bu günədək 1500-dən çox gənc bu layihənin həyata keçirdiyi fəaliyyətlərdən birbaşa bəhrələnib.

Mərkəzin proqramlar üzrə meneceri Samir Quliyevin verdiyi məlumata əsasən layihənin ictimai əhəmiyyətliliyini nəzərə alaraq növbəti ildə Sumqayıt şəhərində narkotik istifadəçisi olan və artıq istifadəçisi olmuş gənclər üçün asudə vaxtın səmərəli təşkili mərkəzinin yaradılması nəzərdə tutulmuşdur. Yaradılması planlaşdırılan mərkəz vasitəsilə həmin gənclərin peşə bacarıqlarının artırılmasına, müxtəlif təlimlər keçməsinə, informasiya kommunikasiya texnologiyalarından sərbəst istifadə etmələrinə köməklik göstəriləcək.

Ria.Az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın