Menu
Geri İrəli

Gənclər “Azərikimya”-da işə qəbul yollarını öyrəndilər

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Fevral 2013 • Baxış sayı: 231 dəfə • Şərh yoxdur
Share Button

“Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü ilə Sumqayıt gənclərinin SOCAR-ın Sumqayıt Təlim-Tədris Mərkəzi ilə daha yaxından tanış olmaq məqsədi ilə  görüşü təşkil edilib.

Gənclərə SOCAR tərəfindən Sumqayıtda müasir tələblər və standartlar səviyyəsində yaradılmış Təlim-Tədris Mərkəzi və peşəkar fəhlə kadrların hazırlanması üçün orada yaradılmış təlim-tədris şəraiti və imkanları, güclü texniki bazası haqqında məlumat verilib.

Bildirilib ki, müxtəlif ixtisaslar üzrə maşın-mexanizmlər, qurğu və dəzgahlarla təchiz edilmiş STTM-də fəhlə ixtisaslarına yiyələnmək üçün ötən ilin sentyabrında 300-ə yaxın sumqayıtlı gənc müraciət edib. Müraciət edənlərdən 100 nəfəri test imtahanı yolu ilə Mərkəzə qəbul edilib.Bu gün həmin gənclər 7 ixtisas üzrə müxtəlif fəhlə peşələri – aparatçı, tornaçı, kompressor qurğuları maşinist, elektrik və qaz qaynaqçısı, nəzarət-ölçü cihazları üzrə çilingər və s. peşələr üzrə texniki təhsil alırlar.

Görüşdə iştirak edən gənclərin sualları  ”Azərikimya” İstehsalat Birliyinin əməkdaşları tərəfindən cavablandırılıb.

Görüşdə çəkilmiş fotoları təqdim edirik:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın