Menu
Geri İrəli

GƏNCLƏR NOVRUZ BAYRAMINI QEYD EDİB

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Mart 2013 • Baxış sayı: 407 dəfə • Şərh yoxdur

Sumqayıtlı gənclər xalqımızın ən qədim milli bayramı olan Novruz Bayramını böyük ruh yüksəkliyi və təntənə ilə qeyd etdilər. Bu qəbildən olan tədbirlər sırasında Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin gənclər təşkilatları ilə birgə təşkil etdikləri tədbirlər xüsusilə qeyd etmək olar.

Baş İdarə Sumqayıt Dövlət Universitetinin tələbə-gənclər təşkilatı ilə birgə 16 mart 2013-cü il tarixində “Ülvi” şadlıq sarayında, 18 mart 2013-cü il tarixində isə “Səadət” şadlıq sarayında Təhsil Şöbəsinin nəzdində Gənc Müəllimlər Şurası ilə birgə bədii-əyləncəli bayram tədbirləri təşkil etmişdir. Ali təhsil müəssisələrinin tələbələrinin, orta məktəblərin gənc müəllimlərinin, gənclər təşkilatlarının və qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirlərdə Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rüstəm Sadıqzadə Bayram münasibəti ilə gəncləri təbrik etmış, onlara işlərində və şəxsi həyatlarında uğurlar arzulamışdır.

Hər iki tədbirdə Novruz adət-ənənələrini özündə əks etdirən səhnəciklər nümayiş etdirilmiş, müxtəlif musiqi nömrələri səsləndirilmişdir. Viktorinalar və əyləncəli oyunlarla zəngin olan bu şənliklər gənclər tərəfindən rəğbətlə qarşılanmışdır.

 

 

Rüstəm Sadıqzadə

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri              

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın