Menu
Geri İrəli

Gənclər şahmat turniri keçirəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Mart 2011 • Baxış sayı: 277 dəfə • Şərh yoxdur
Share Button

Sağlam Düşüncə Gənclər Təşkilatı və Sumqayıt İdman Baş İdarəsi 15-18 mart 2011-ci ildə Sumqayıt Şahmat Məktəbində “Həvəskar şahmatçılar arası I NOVRUZ ŞAHMAT turniri” keçirəcək.

Yarışda 17-29 yaş qrupunda olan həvəskarlar özlərini sınaya bilərlər. Turnir Beynəlxalq Şahmat Federasiyasının (FİDE) qaydalarına uyğun şəkildə, iştirakçı sayından asılı olaraq İsveçrə və ya dairəvi sistem üzrə keçiriləcək. Yarışlarda I-III yerləri tutan iştirakçılar Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılacaqlar. Turnirə qatılmaq üçün aşağıdakı ünvanda qeydiyyatdan keçmək olar:

https://spreadsheets.google.com/viewform?formkey=dHZnOTNwZGZwWWhFSEJYelFoU2RIMmc6MQ

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın