Menu
Geri İrəli

Gənclər üçün imkan – “Öyrən, Liderlik et və Xidmət göstər”

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Oktyabr 2013 • Baxış sayı: 218 dəfə • Şərh yoxdur

Gənclər üçün imkan: Cəmiyyətə yeni liderlərin yetişdirilməsi məqsədi ilə Müsbət Dəyişiklik gənclər hərəkatı ABŞ-ın Milli Demokratiya İnstitutu dəstəyi ilə “Learn, Lead, Serve” – “Öyrən, Liderlik et və Xidmət göstər” təlimlər proqramını təqdim edir.

Bu layihə vasitəsi ilə müraciət edən gənc fəallar və ya öz icmasına, cəmiyyətə xidmət etmək istəyən gənclər arasından seçiləcək 20 gənc üçün fəaliyyətlərini planlaşdırması, ideyalarını reallaşdırması üçün ilkin biliklərin əks olunduğu təlim/seminarlar keçiriləcək.

Layihədə iştirak etmək istəyirsinizsə, öz CV-nizi və görmək istədiyiniz işlər haqqında bir səhifədən çox olmamaqla məktubu bizim elektron poçt ünvanımıza: info@llsnetwork.org göndərə bilər, və ya birbaşa internet səhifəmizdən müraciət formasını doldura bilərsiniz.
Müraciətlər 14 -25 oktyabr arası qəbul ediləcəkdir. Unutmayın, 25 oktyabr son tarixdir!
Layihə ABŞ Milli Demokratiya İnstitutunun dəstəyi ilə keçirilir.

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın