Menu
Geri İrəli

GƏNCLƏRDƏN SUMQAYIT TEATRINA DƏSTƏK

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Aprel 2011 • Baxış sayı: 357 dəfə • 1 şərh

Bu günlərdə H.Ərəblinski adına Sumqayıt Musiqili Dram teatrı və sumqayitxeber.com saytı birgə layihəyə başlayıb. Məqsəd gənclərin teatra olan marağını artırmaqdır.

İlk  tamaşa  Yucin O`Nilin “Qarağaclar Altında Məhəbbət” oldu. 10 Aprel tarixində baş tutan tamaşa sumqayıtlılar tərəfindən böyük maraqla qarşılandı. Qeyd edək ki, bu layihə çərçivəsində tamaşalar davamlı xarakter daşıyacaq. Giriş isə pulsuzdur.

Bu aksiya çərçivəsində növbəti tamaşa 24 apreldə baş tutacaq.

Sumqayıtlı aktyorlar bu dəfə İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” əsərini səhnələşdirəcək.

Facebook Şərhləndirmə:

“GƏNCLƏRDƏN SUMQAYIT TEATRINA DƏSTƏK” yazısına bir cavab

  1. Bahar deyir:

    pulsuz niye olur ee,qoy lap pullu olsun,amma yaxsi tamasalar qoysular sehneye.men Sumqayitda usaqlarimi teatra aparmaq isteyirem.Amma bilmirem usaq tamasalari olur ya yox.Ancaq bayramdan bayrama..Adi gunlerde de yaxsi tamasalar olsun da.

Şərhinizi yazın