Menu
Geri İrəli

Gənc Tamaşaçılar Teatrı Norveç yazıçısı Knut Hamsunun Viktoriya tamaşası ilə çıxış etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Aprel 2010 • Baxış sayı: 219 dəfə • Şərh yoxdur

Mədəniyyət və Turizm Naziliyinin təşkilatçılığı ilə keçirilən Milli teatr festivalı çərçivəsində H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında dünən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Norveç yazıçısı Knut Hamsunun Viktoriya tamaşası ilə çıxış etdi.

İki hissəli məhəbbət balladası Norveç Krallığının Azərbaycandakı Səfirliyi və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsidir.

Nobel Mükafatı Laureatı Knut Namsunun 150 illiyi münasibətilə ərsəyə gələn layihəni  Əməkdar İncəsənət xadimi rejissor Bəhram Osmanov səhnələşdirmişdir.

Tamaşada gənc aktyorlarla yanaşı Lətifə Əliyeva, Ayşad Məmmədov və Nübar Novruzova kimi Əməkdar artistlər də çıxış ediblər

Facebook Şərhləndirmə:

Şərhinizi yazın