Menu
Geri İrəli

Gənc yazarla Sumqayıtda görüş keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Mart 2014 • Baxış sayı: 535 dəfə • Şərh yoxdur
Share Button

Rüfət Əhmədzadə ilə görüş Gənclər Fondunun dəstəyi ilə baş tutdu

IMG_3793Sumqayıt şəhərində İnsan Hüquqlarının Tədrisi üzrə Resurs və Təlim Mərkəzində gənc yazar-tərcüməçi Rüfət Əhmədzadə ilə görüş keçirilib.

 Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc yazarların Sumqayıtda imza günləri” layihəsi çərçivəsində baş tutub.

 Sumqayıtlı oxuculara öz yaradıcılığından danışan Rüfət Əhmədzadə onlarla ədəbiyyata dair fikirlərini də bölüşüb, yazarlıq arzusunda olan görüş iştirakçılarına tövsiyələrini verib.

 Daha sonra yazıçı özünün “Adım anonim qalsın” kitabını gənclərə təqdim edib, eyni zamanda koordinatoru olduğu “Anamın kitabı” Ədəbi Mükafatı və pyes müsabiqəsindən bəhs edib. Müəllif görüşdə iştirak edən gənclərə öz imzası ilə kitablar hədiyyə edib.

 Layihənin rəhbəri Türkan Rəhimova bildirib ki, “Gənc yazarların Sumqayıtda imza günləri” layihəsinin həyata keçirilməsində məqsəd gənc yazarların görüşlərini keçirtməklə onların tanıtımına nail olmaq və  gənclər arasında kitaba olan marağı artırmaqdır. Onun sözlərinə görə, Sumqayıtda başqa gənc yazarların da imza günlərinin keçirilməsi nəzərdə tutulur.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın