Menu
Geri İrəli

GƏNCLƏR SİYASƏTİNİN AZƏRBAYCAN MODELİ

Müəllif: Sumqayitxeber.com • Tarix: 4 Sentyabr 2015 • Baxış sayı: 228 dəfə • Şərh yoxdur

          Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT)

  Azerbaijan Democratic Student & Youth Organization (ADSAYO)

04/09/2015        

Mətbuat üçün açıqlama № 47

 

11221522_1636626213282361_7503715158114177422_nAzərbaycanın Gənclər Siyasəti Modeli əcnəbi gənc liderlər arasında təbliğ olunacaq

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) ölkə gənclərinin inteqrasiyası, beynəlxalq əlaqələrinin genişləndirilməsi, əcnəbi gənclərin ölkəmiz, onun uğurlu Gənclər Siyasəti Modeli haqqında məlumat səviyyələrinin yüksəldilməsi, beynəlxalq gənclər əməkdaşlığı sahəsində təcrübə, informasiya mübadiləsi istiqamətində silsilə fəaliyyətini davam etdirməkdədir.

Bu məqsədlə ADTGT 2015-ci ilin sentyabrın 1-dən 3 (üç) ay müddətində davam edəcək, “Gənclər Siyasətinin Azərbaycan Modeli” Beynəlxalq Gənclər Forumu adlı maariflənməni, təcrübə-informasiya mübadiləsini və qarşılıqlı əməkdaşlığı nəzərdə tutan layihənin icrasına başlayıb.

Layihə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən hədəf, istiqamət, nəticə və davamlılığı digər ölkələrə nümunə ola biləcək Azərbaycanın Gənclər Siyasətini bir Model olaraq beynəlxalq gənclər arenasında təbliğini, geniş sferada öyrənilməsini, təcrübi mübadiləsini, tətbiqi və bu sahədə əməkdaşlıq və tərəfdaşlıq imkanlarını nəzərdə tutur.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşən Beynəlxalq Gənclər Forumu “Gənclərin fəal sosial iştirakçılığına nail olaq” devizi və çağırışı altında keçiriləcəkdir. Bu ilin noyabrın 12–18–i tarixlərində “Azərbaycanın 2015-ci il Gənclər Paytaxtı” seçilən İsmayıllı şəhərində təşkil olunacaq Beynəlxalq Gənclər Forumunun işində İspaniya, Sloveniya, Çex Respublikası, Polşa, Rumıniya, Bolqarıstan, Latviya, Türkiyə, Serbiya, Bosniya və Herseqovina, Ukrayna və Gürcüstan təmsil edəcək 24 əcnəbi gənc fəalın iştirakı nəzərdə tutulur.

Forumun proqramına plenar hissə ilə yanaşı 4 panel müzakirəsinin aparılması, beynəlxalq gənclər əməkdaşlığı sahəsində təcrübə və informasiya mübadiləsi şəbəkəsinin qurulması, İsmayıllı Bəyannaməsinin qəbulunu, kitab çapı, yayımı və geniş profilli PR fəaliyyəti də daxildir.

Gündəlikdə 12 ölkədən olan gənc liderlərin Bakıda Gənclər və İdman Nazirliyində, AR Prezidenti yanında Gənclər Fondunda, Gənclər Təşkilatları Milli Şurasında görüşlərinin keçirilməsi də durur.

Layihə Azərbaycanın Gənclər Siyasəti Modelinin əcnəbi gənclərə təbliği, bu sahədə birgə gənclər əməkdaşlığı təşəbbüsü, Ölkə Prezidenti Cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının“2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın müvafiq tədbirlər planınında nəzərdə tutulan fəaliyyətlərə yönəlməsi baxımından çox əhəmiyyətlidir.

 

 

    ADTGT İctimai əlaqələr

və informasiya departamenti

Facebook Şərhləndirmə:

Şərhinizi yazın