Menu
Geri İrəli

Gənclər Sumqayıtda milli-mənəvi dəyərlərdən danışdılar

Müəllif: sumqayitxeber.com • Tarix: 13 May 2014 • Baxış sayı: 472 dəfə • Şərh yoxdur

36İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Milli- mənəvi dəyərlərimiz və görkəmli şəxsiyyətlərimizin mətbuat və sosial şəbəkələrdə təbliği” adlı layihəsini davam etdirir. Dünən layihə çərçivəsində ilk dəyirmi masa Sumqayıt Tarix Muzeyində baş tutub. Tədbirdə QHT və media təmsilçiləri, Sumqayıtdan olan fəal gənclər iştirak edib.

İlk olaraq Sumqayıt Tarix Muzeyi ilə tanış olan qonaqlara xalq artisti İlham Əsgərovun ifasında Sumqayıtla bağlı video-rolik təqdim olunub. Tədbiri giriş sözü ilə açan “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı milli-mənəvi dəyərlərin, bu dəyərlərin təbliğatçısı olan görkəmli şəxsiyyətlərin hər bir xalqın ən böyük sərvəti olduğunu qeyd edib. İGİB sədri bildirib ki, xalqımızın əsrlərin süzgəcindən keçən dəyərlərinə, hər kəs tərəfindən qəbul edilən tarixi şəxsiyyətlərinə sahib çıxmaq bütün gənclərin mənəvi borcudur: “Ancaq biz son zamanlar mətbuatda, sosial şəbəkələrdə çox ciddi şəkildə milli- mənəvi dəyərlərimiz və görkəmli şəxsiyyətlərimizə qarşı hücumlara şahidlik edirik. Bu mənada reallaşdırdığımız layihə layihə mətbuatda və sosial media vasitələrində milli-mənəvi dəyərlərimizin, görkəmli şəxsiyyətlərimizin mənəvi qorunması, onlara qarşı yönələn qara PR, gözdənsalma kampaniyasına qarşı maarifləndirmə və təbliğatın müxtəlif innovativ formalarından istifadə etməklə mübarizə xarakteri daşıyır. Azərbaycan cəmiyyəti üçün zəruri olan bu layihəyə dəstək verdiyi üçün QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkür edirik”.

Daha sonra çıxış edən Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı (AGAT) İdarə Heyətinin üzvü Fəridə Əkbərli ,Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov, Azxeber.com portalının həmtəsisçiləri Hacıbəy Heydərli və Əfsələddin Ağalarov, Editor.az portalının baş direktoru Azər Niftiyev, Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialının tələbəsi Xəyalə Dəmirçizadə və digərləri milli-mənəvi dəyərlərin, tarixi şəxsiyyətlərin dövlətlərin və xalqların həyatında oynadığı mühüm roldan danışıblar. Natiqlər qloballaşan dünyada gənclərin milli-mənəvi dəyərlərə sahiblənməsi üçün sistemli ideloji iş aparılmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, layihə çərçivəsində növbəti ictimai müzakirələr Quba və Gəncədə baş tutacaq.

//Editor.az

12345678910111213DSC_0272

Facebook Şərhləndirmə:

Şərhinizi yazın