Menu
Geri İrəli

Sumqayıtda gənclər üçün ödənişsiz IELTS sınaq imtahanları keçirəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyun 2015 • Baxış sayı: 618 dəfə • Şərh yoxdur

11348898_865049393556464_37008842_nSumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi gənclər üçün Ö D Ə N İ Ş S İ Z IELTS sınaq imtahanları keçirəcək.

Gənclərin çoxsaylı müraciətləri əsasında Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi IELTS proqramı üzrə sınaq imtahanlarının təşkilinə başlayır.

IELTS proqramı üzrə sınaq imtahanları 21 iyun 2015-ci il tarixində saat 09:00 keçiriləcək. Sınaq imtahanların müddəti 2 saat 45 dəqiqədir.

Testlər ingilis dili səviyyəsinin 4 istiqamətində-oxuma(reading), yazma(writing), danışma (speaking) və dinləmənin (listening) yoxlanılmasından ibarətdir.

IELTS proqrami üzrə sınaq imtahanlarında iştirak etmək istəyənlər iyun ayının 18 – dək həftənin bütün günləri qeydiyyatdan keçə bilərlər.

IELTS üzrə sınaq test imtahanları Sumqayıt Gənclər Evində keçiriləcəkdir. İmtahanlarda iştirak ödənişsizdir !

Telefonlar:

(018) 655 69 52

(070) 390 91 01

(050) 390 91 00

(055) 390 91 00

Facebook Şərhləndirmə:

Şərhinizi yazın