Menu
Geri İrəli

Gəncləri biznes bacarıqlarına yiyələnib

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Dekabr 2015 • Baxış sayı: 389 dəfə • Şərh yoxdur

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Region Gəncləri Sahibkarlıq Fəaliyyətində” layihəsi çərçivəsində  27-30 noyabr 2015-ci il tarixlərində Mingəçevir şəhərində gənclərə biznes bacarıqları mövzusunda təlim təşkil edilmişdir.

Təlimin açılış mərasimində layihənin koordinatoru Rafiq İsmayılov, ölkəmizdə gənclərin sahibkarlıq fəaliyyətinin əhəmiyyətindən, habelə təlimin məqsəd və vəzifələri haqqında öz fikirlərini bölüşüblər. Daha sonra təlimçi Kənan Aslanlı 4 günlük təlimin strukturu haqqında qısa məlumat vermişdir. 4 günlük təlimdə gənclər biznes ideyanın seçilməsi, marketinq araşdırması, biznes planın hazırlanmasındakı mərhələləri, habelə sahibkarlıq fəaliyyətinin hüququ tənzimləməsi haqqında nəzəri biliklərə yiyələnmişdir. Gənclər biznes ideyanın seçilməsindəki əsas meyarlar, habelə marketinq araşdırmasında metodologiyaları, habelə biznes planın tərtibində maliyyə vəsaitlərinin, risklərin hesablanması, onların texniki əsaslandırması, maliyyə axını və xərclərin hesablanması və digər elementləri 5 işçi qrupunda praktiki formada tətbiq etdilər. Təlim iştirakçıları təlimdə tələbə yataqxanasının təşkili, əyləncə mərkəzi, müalicəvi bitkilərin istehsalı və qablaşdırılması, kinoteatrın tikilməsi, kimi biznes  ideyaları seçərək əldə edilən nəzəri bilikləri praktiki formada tətbiq etdilər.

Təlimin sonunda təlim iştirakçılarına sertfikat, habelə layihə çərçivəsində nəşr edilmiş “Gənclərin Sahibkarlıq Fəaliyyəti üçün Əyani Vəsait” kitabı paylanılmışdır.

seminar4 seminar1 seminar3

Facebook Şərhləndirmə:

Şərhinizi yazın