Menu
Geri İrəli

Gördüklərimiz bizi heyran etdi…

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Avqust 2017 • Baxış sayı: 517 dəfə • Şərh yoxdur

sdu-3Mən, Şəbnəm  Abdullayeva Sumqayıt şəhər sakini, bu gün tələbə adını qazanmışam və bundan qürur duyuram. Daxil olduğum ali məktəb respublikanın öndə gedən təhsil ocaqlarından biri olan Sumqayıt Dövlət Universitetidir. Ali məktəbə daxil olan tələbələrin sənədlərinin qəbulu prosesində sənəd verən tələbələrlə yanaşı onların valideynləri də iştirak edir. Həm valideynlər, həm də qeydiyyatdan keçən tələbələr universitetlə tanış olarkən burada onlar üçün yaradılan şəraiti öz gözləri ilə gördükdə sevinclərini gizlədə bilmədilər. Mən valideynlərimlə universitetə gəldim və qeydiyyatdan keçdim. Qeydiyyat çox sadə və operativ olaraq elektron bazaya daxil edilməklə cox qaygıkeş müəllimlər tərəfindən həyata keçirildi. Sonra biz universiteti gəzib tanış olduq.

Universitetlə tanışlıq zamanı Heydər Əliyev mərkəzi, müasir avadanlıqlarla təchiz olunmuş auditoriya və laboratoriyalarda olduq. Müəllimlər və tələbələr üçün universitetin ərazisində salınan istirahət parkı, orada fəaliyyət göstərən voleybol, futbol, tennis kortları tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsinə xidmət göstərir.Kitabxananın oxu zalında tələbələr elektron kitabxanaya daxil olaraq istər çap,istərsədə elektron variantda istənilən dərslik və mühazirə mətnlərini əldə edə bilərlər. Universitetin zahiri görünüşündə də əsaslı dəyişikliklər edilir. Üz divarı ağlay daşlarla əvəz olunur ki,bu da universitetin xarici görkəminə estetik gözəllik gətirəcəkdir.

 Gördüklərimiz bizi heyran etdi və biz bir daha bu ali məktəbi seçdiyimiz üçün fərəh hissi keçirtdik.

Bu gün dünyada gedən siyasi və iqtisadi böhrana baxmayaraq respublikamız öz inkişaf tempini azaltmır əksinə, daha da artırır. Mən bir gənc olaraq bunun şahidiyəm. Respublikanın bütün şəhər və rayonlarında, o cümlədənSumqayıt şəhərində gedən abadlıq-quruculuq işləri bizləri valeh edir. Bu işlər ölkə prezidenti cənab İlham Əliyevin apardığı uğurludaxili və xarici siyasətin nəticəsidir.Bu gün doğma şəhərimiz bir tikinti meydanını xatırladır.Bu meydan hər bir sumqayıtlını, o cümlədən bütün şəhər gənclərini də sevindirir.

Zakir Fərəcovun Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçı təyin olunduqdan sonra həyata keçirdiyi quruculuq işləri: şəhərin yaşıllaşdırılması, şəhər yollarının təzələnməsi, möhtəşəm dənizkanarı bulvarın yaradılması və görülən bir çox işlər bizi çox sevindirir.

Mən əminəm ki,Sumqayıt Dövlət Universitetində aparılan işlər biz gənclərin sağlam böyüməsinə, vətəndaş kimi formalaşmağımıza, vətənpərvərlik ruhunda tərbiyəmizə, elmi biliklərə yiyələnməyimizə və aldığımız təhsilə uyğun bir mütəxəssis kimi formalaşmağımıza xidmət edəcəkdir.

 Tarix və Coğrafiya fakültəsinin I kurs tələbəsi,  Şəbnəm Abdullayeva 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın