Menu
Geri İrəli

GRBS Şirkətlər Qrupunun rəhbəri Bəhram Qurbanov sahibkarlara müraciət etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Fevral 2015 • Baxış sayı: 2,232 dəfə • Şərh yoxdur

bahram-qurbanovSon bir neçə ayda qlobal iqtiadiyyatda baş verən bir sıra proseslər neftin qiymətinin azalması və dolların qlobal miqyasda bahalaşması milli valyutamız olan manatın məzənnəsinə ucuzlaşdırıcı təzyiqləri artırdı. Bu kimi qlobal çağırışlara operativ cavab vermək və daxili iqtisadiyyatda istehsal olunan məhsulların beynəlxalq rəqabət qabiliyyətini artırmaq məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 fevral 2015-ci il tarixli qərarla manatın məzənnəsində korreksiya etdi.

Manatın məzənnəsinin ucuzlaşması təbii olaraq idxal olunan malların qiymətində zamanla müəyyən artıma səbəb ola bilər. Ancaq təəssüflə bildirməliyik ki, məlum qərardan sonra son günlər yerli məhsulların satışında və yerli xidmət sektorunda tamamilə əsassız süni qiymət artımı hallarına rast gəlirik. Tələsik verilmiş qərarlarlar nəticəsində baş verən süni qiymət artımları insanlar arasında haqlı narazılığa və geniş sosial ajiotaja səbəb olur. Bu isə öz növbəsində qiymətlərin daha da bahalaşması və əhalinin alıcılıq qabiliyyətinin sürətlə azalması ilə nəticələnir.

GRBS Şirkətlər Qrupu olaraq bildirmək istəyirik ki, bu məsələdə dövlətimizin və xalqımızın maraqlarını öz korporativ maraqlarımızdan üstün tuturuq.

Beləliklə, şirkətlərimizə məxsus xidmətlərdən heç birinin qiymətində hətta maliyyə itkiləri hesabına olsa belə artım olmayacaqdır. Hesab edirik ki, belə bir vəziyyətdə hər bir Azərbaycan sahibkarı spekulyativ qərarlardan uzaq durmalı, vətəndaşlar isə daha da təmkinli davranaraq süni qiymət artımının iştirakçısına çevrilməməlidir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın