Menu
Geri İrəli

“Gülər Əhmədova Elşad Abdullayevdən sonra ifadə verəcək”

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Mart 2013 • Baxış sayı: 192 dəfə • Şərh yoxdur

Vəkil Raqib Mustafayev həbsdə olan sabiq millət vəkili Gülər Əhmədova ilə görüşüb. Vəkil APA-ya açıqlamasında müdafiə etdiyi şəxsin səhhətində ciddi problemlər yarandığını bildirib. Vəkilin sözlərinə görə, oğlunun hərbi xidmətdə qolunun sınması barədə məlumat əldə edəndən sonra G. Əhmədovanın səhhəti pisləşib: “Tez-tez ürək tutmaları olur. Hazırda Gülər Əhmədova təcridxananın tibb məntəqəsindədir”.

R. Mustafayev G. Əhmədovanın Elşad Abdullayevlə üzləşməyə hazır olduğunu da deyib: “Qərara gəldik ki, Gülər Əhmədova cinayət işi ilə əlaqədar Elşad Abdullayevin ifadəsi alınandan sonra istintaqa ifadə versin. Bununla bağlı istintaq qarşısında məsələ qaldıracağıq”.

Vəkil G. Əhmədovanın aclıq aksiyası keçirməsi barədə mətbuatda verilən məlumatların yanlış olduğunu açıqlayıb: “Biz bu barədə məlumat yayan saytı məhkəməyə verəcəyik”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın