Menu
Geri İrəli

Gülər Əhmədova son sözündə prezidentə müraciət etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Dekabr 2013 • Baxış sayı: 228 dəfə • Şərh yoxdur
Share Button

guler“Xahiş edirəm, mənə mərhəmətli olasınız”

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədova barədə açılmış cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.

 Lent.az-ın məlumatına görə, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində G.Əhmədova son sözlə çıxış edib.

 Sabiq deputat səhhəti ilə bağlı olaraq oturduğu çıxıb edib.

 Son söz çıxışından əvvəl vəkil Əfsər Talıbov ölkə başçısı İlham Əliyevə göndərdikləri teleqramın cinayət işinə əlavə edilməsini istəyib. Teleqramda G.Əhmədovanın günahsız olduğu qeyd edilib.

 Sabiq deputat çıxışında bildirib ki, ittiham aktına baxarkən dəhşətə gəlib: “Bəzi məsələlər cinayət işinə daxil edilməyib. Xüsusilə Elşad Abdullayevlə Sevinc Babayevanın telefon danışıqlarının audioyazısı və Novella Cəfəroğlunun ofisində Elşad Abdullayevlə baş tutan görüşün videosu ittiham aktına əlavə edilməyib. Bu işlə bağlı ən tutarlı sözləri də Sevinc Babayeva Novella Cəfəroğlunun otağında deyib. İttiham aktında bildirilir ki, mənə pul verilib. Harada, nə vaxt, kimin yanında verilib? Özü də bu pul guya 60 gün ərzində verilib. Bu necə olur, 60 gün ərzində cinayət törədilir? Bu işdə ajiotaj yaradan iki adam var. Biri Elşad, biri də Sevincin oğlu Ayxan. Elşad illərlə dostluq etdiyi kişilərin, hətta qayınatasının videosunu çəkib. Mən onun etibarını necə qazana bilərdim? O, heç doğmalarına da etibar etməyib. Əgər bir dəfə pul söhbəti olsaydı, yəqin ki, Elşad onun da videosunu çəkərdi. Mən cinayətkar deyiləm. Mən dələduz deyiləm. Bəlkə başqa səbəbdən cinayət törədə bilərəm. Ehtiyatsızlıqdan və s. Ancaq qətiyyən dələduz ola bilmərəm. Mən həmişə Heydər Əliyev siyasi kursuna sadiq olmuşam. Bundan sonra da elə davam edəcəyəm”.

 G.Əhmədova çıxışın sonunda prezident İlham Əliyevə müraciət edib: “Mən həmişəki adamam. Mən sadiqəm və sadiq olaraq qalacağam. Xahiş edirəm, mənə mərhəmətli olasınız. Azyaşlı övladımı, həyat yoldaşımın və özümün səhhətimi nəzərə alasınız”.

 Bunun ardınca məhkəməyə fasiləyə çıxıb. Günortadan sonra G.Əhmədovaya hökm oxunacağı bildirilib.

 Qeyd edək ki, dövlət ittihamçısı məhkəmədən G.Əhmədovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

 Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

 G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın