Menu
Geri İrəli

Gürcüstanda siqaretlərin qiyməti kəskin bahalaşdı

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Yanvar 2016 • Baxış sayı: 489 dəfə • Şərh yoxdur

siqaret-756“Omeqa” vəziyyəti şərh etmir.

Gürcüstanda ilin əvvəlindən “Philip Morris” firmasının istehsalı olan siqaretlərin qiyməti 2-3 dəfə bahalaşıb, Oxu.Az Sputnik-ə istinadən xəbər verir.

“Parlament” siqaretinin qiyməti 2 dollardan 4,2 dollara, “Marlboro” 1,3 dollardan 3,3 dollara, “Checterfild” 0,9 dollardan 2 dollara, “LM” təxminən bir dollardan 1,7 dollaradək bahalaşıb.

Tbilisidə həmin firmanın istehsalı olan siqaretlərin qıtlığı yaranıb. Onları əldə etmək demək olar ki, mümkün deyil. “Omeqa” şirkəti yaranan vəziyyəti şərh etmir.

Gürcüstanın Maliyyə Nazirliyi bildirib ki, siqaretlərin bəzi növlərinin qiymətinin qalxması aksiz dərəcəsinin dəyişməsi ilə əlaqədar deyil.

Gürcüstan parlamenti Vergi məcəlləsində dekabrın 11-də dəyişikliklər edib. Həmin dəyişikliklərə əsasən, 2016-cı il yanvarın 1-dən filtrli siqaretlər üçün yeni aksiz dərəcələri müəyyən edilib. Həmin dərəcəyə uyğun olaraq, ölkədə filtrli siqaretlərin qiyməti 0,20 lari qalxıb – 1,10 laridən ibarət olub, filtirsiz siqaretlər isə 0,005 lari bahalaşaraq, qiyməti 0,30 laridən ibarət olub. Cari məzənnə 1 dollar – 2,4 laridir.

Verginin artmasının məqsədi tütünə nəzarətin sərtləşdirilməsi, Avropa İttifaqının qanunvericiliyinə yaxınlaşma və spirtli içkilərə aksiz dərəcələrinin optimallaşdırılmasıdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın