Menu
Geri İrəli

Həbsdə olan sumqayıtlı AXCP üzvündən sensasion MÜRACİƏT

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Oktyabr 2013 • Baxış sayı: 156 dəfə • Şərh yoxdur

Həbsdə olan AXCP üzvü Daşqın Məlikov partiya üzvlərinə müraciət edib.

 
Avropa.info-ya daxil olan müraciətdə AXCP üzvü D.Məlikov partiya sıralarından istefa verdiyini və qarşıdakı seçkilərdə hazırkı prezident İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib. D. Məlikov müraciətə bildirib: “Yazıb sizə bildirirəm ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüyəm (Gənclər Təşkilatının), bu gündən məni partiyanızın üzvlüyündən çıxartmağa göstəriş verəsiniz. Əlavə olaraq, bildirmək istəyirəm ki, “Azadlıq” qəzetindən fotoşəklimi çıxarasız və vicdan məhbusu adlandırmayasız. Bu mənim öz istəyimdir”.

D. Məlikov bəyanat da yayıb. Bəyanatda deyilir: “Mən Məlikov Daşqın Əlisəfa oğlu. 18.02.1991-cü il təvəllüdlü. Sumqayıt şəhər 10-cu mikrorayon ev 41, mənzil 2 qeydiyyatdayam. AXCP Gənclər Təşkilatının üzvüyəm. Partiyamızın sədri Əli Kərimlidir. Bugünkü gün respublikamızda gedən inkişafı görürəm. Cənab prezident İlham Əliyevin siyasətini görürəm, dəstəkləyirəm, bəyənirəm, ona görə də xahiş edirəm ki, mənim müxalifyönlü AXCP-dən çıxarasınız. “Azadlıq” qəzetində olan fotoşəklimi ordan çıxarasınız və partiyanın, yəni AXCP-nin digər üzvlərinə bildirmək istəyirəm ki, bu mənim öz fikrimdi. Qarşıdan gələn prezident seçkilərində də Əliyev İlham Heydər oğlunu dəstəkləyəcəyəm. İmza Məlikov Daşqın Əlisəfa oğlu. 01.10.2013”.

Xatırladaq ki, Daşqın Məlikov martın 25-i Sumqayıtda tutulub. İyulun 3-də Sumqayıt Şəhər Məhkəməsi onu 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Daşqın Məlikovun müraciətinin əlyazmasını olduğu kimi təqdim edirik:
Facebook Şərhləndirmə:

Şərhinizi yazın