Menu
Geri İrəli

“Həmid Sultan möhtəşəm konsertlə sadəcə tamaşaçıları deyil, Şeyx Əbdülü də təəccübləndirdi!” – Çinarə Vaqif.

Müəllif: sumqayitxeber.com • Tarix: 30 May 2013 • Baxış sayı: 247 dəfə • Şərh yoxdur

Gənc mügənni Həmid Sultan Sumqayıtlı tamaşaçıları üçün Sumqayıt şəhərində fəaliyyət göstərən N.Nərimanov adına mədəniyyət evində konsert verdi. Möhtəşəm performansı ilə seçilən bu konserti, digərlərindən fərqləndirən cəhətlərdən biri də o idi ki, Həmid Sultanı tamaşaçılar sadəcə müğənni kimi deyil həm də öz mahnılarını oxuya-oxuya yaşayan, canlandıran bir aktyor kimi də tanıdılar. Konsert həm də səhnə qurluşu ilə fərqlənirdi. Həmid Sultanın mətbuat katibi Çinarə xanımın məlumatına görə Konsertin aparıcısı tanınmış gənc aktyor Məcid Hüseynov idi. Konsertdə həmçinin Həmid Sultanın müğənni dostları da iştirak edirdilər. Onlar sadəcə qonaq kimi deyil, həm də həmkarlarına dəstək olmaq üçün müğənni kimi də səhnədə çıxış etdilər. Həmidi səhnədə tək qoymayan gənc müğənnilərdən gözəl, qeyri adi səsə malik olan Məsumə Məmmədova da vardi. Məsumə xanım Həmid Sultanla duet ifa etdi. Məsumə xanımdan başqa, Aidə Nur, MC Shaxo da Həmidlə eyni səhnəni paylaşdılar. Konsertdə həmçinin “Aramızda qalsın” serialının aktyorları və Yaqut Qarabağlı da iştirak edirdilər.

 “Həmid Sultan möhtəşəm konsertlə sadəcə tamaşaçıları deyil, Şeyx Əbdülü də təəccübləndirdi. Belə ki, adları çəkilən müğənni dostlarımızla yanaşı konsertə təşrif buyuran qonağlarımızın arasında Şeyx Əbdülün adını xüsusi çəkmək və ona həm öz adımdan, həm də Həmidin adından təşəkkür etməyi özümə borc bilirəm, çünki onun gəlişi bizimçün çox xoş oldu və o konsertdən o qədər məmnun qalmışdı ki, təəccübünü gizlədə bilmirdi. Hətta səhnədə dedi ki, mən çox təəccüblənirəm ki niyə belə gənc istedad indiyə qədər Sumqayıtdan kənara çıxmayıb.”- deyən Çinarə xanım, onu da bildirdi ki, “Şeyx Əbdül hətta gələcəkdə Həmidə dəstək olacağını da vurğulayıb.

Qeyd edək ki, oxuduğu mahnıları dinləməklə yanaşı tamaşaçılar həm də gənc müğənninin “Qorxuram” adlı mahnısına çəkilən klipi də izlədilər. Çinarə xanımın sözlərinə görə”qeyri adiliyi sevən Həmid Sultan səhnəyə də qeyri-adi geyimdə və tərzdə çıxdı ki bu da tamaşaçıların marağına səbəb oldu. O şeyx geyimində çıxdı səhnəyə və hər fürsətdə geyimlərini dəyişirdi ki tamaşaçıların gözlərini yormasın”

Saytımıza verdiyi məlumatda Çinarə xanım “niyə Sumqayıt?” sualına belə cavablandırdı: “Həmid ona görə Sumqayıtda ilk solo konsert verdi ki, o Sumqayitda gənc müğənnilər arasında keçirilən “Nömrə 1”mahnı yarışmasında qalib gəlib və Sumqayıtın nömrə 1 müğənnisi olub! Həmid özünə borc bildi ki onu birinci edən Sumqayıt tamaşaçısına hesabat konserti versin və bunu bacardığı qədər yüksək səviyyədə təşkil elədi. Amma bu bir başlanğıcdır. Tamaşaçılar bizdən növbəti şou-proqramlar və konsertlər gözləsinlər.”

Sonda Çinarə xanım konsertdə əməyi keçən və zəhmət çəkən hər kəsə, başda Həmid Sultanın meneceri Vusal və prodyusseri Leyla xanım olmaqla Həmidə dəstək olan insanlara minnətdarlığını bildirdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın