Menu
Geri İrəli

50 yaşlı kişi özünü 9-cu mərtəbədən atdı

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyun 2012 • Baxış sayı: 327 dəfə • Şərh yoxdur
Share Button

İyunun 4-də Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 10-cu mikrorayon, ev 51, mənzil 19 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Abbasov Nəriman Arzuman oğlu özünü yaşadığı evin pəncərəsindən atıb. Özünü 9-cu mərtəbədən atan 50 yaşlı kişi aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

İlkin məlumata görə, intihar etmiş kişi ruhi xəstə imiş. Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
Nizam RZA


Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın