Menu
Geri İrəli

Hafiz Hacıyevin namizədliyi ləğv edilsin – Tələb

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Sentyabr 2013 • Baxış sayı: 385 dəfə • 1 şərh

Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli Mərkəzi Seçki Komissiyasına məktubla müraciət edib. 

 

 “Qafqazinfo” xəbər verir ki, müraciətdə deyilir; “28 sentyabr  2013-cü il tarixdə İctimai Televiziyada prezidentliyə qeydə alınmış namizədlərin canlı debatı kimi efirə gedən “Xalq seçir”  verilişində  prezidentliyə qeydə alınmış namizəd Hafiz Hacıyev çıxışında növbəti dəfə qeyri-etik və əxlaqdan kənar formada mənim və namizədliyimi irəli sürmüş “Demokratik Qüvvələrin Milli Şurası”nın ayrı-ayrı üzvlərinin şərəf və ləyaqətini təhqir etmişdir.

O, bu hərəkətləri ilə təkcə məni və “Demokratik Qüvvələrin Milli Şurası”nın ayrı-ayrı üzvlərini təhqir etməmiş, həm də geniş tamaşaçı auditoriyasına da yumşaq desək hörmətsizlik və etikdan kənar davranış göstərmişdir.

Lakin bütün bunlara baxmayaraq verilişin aparıcısı Hafiz Hacıyevin bu cür hərəkətlərinə imkan yaratmış, onun çıxışını dayandırmağa belə cəhd göstərməmişdir. Belə cəzasızlıq mühitində istədiyi əxlaqdan kənar ifadələrə və hərəkətlərə yol verən bu “namizəd” məni həm də öldürməklə hədələmişdir.

 Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası olaraq  qanunla üzərinizə düşən vəzifəni yerinə yetirmək üçün təkidlə xahiş edirəm:

1. Seçki Məcəlləsinin 88.1-ci, 88.2-ci, 88.7-ci və 113-cü maddələrinə müvafiq olaraq yuxarıda göstərilən hərəkətlərə görə  prezidentliyə qeydə alınmış namizəd Hafiz Hacıyevin qeydiyyatının ləğv edilməsi üzrə müvafiq tədbirlər görə və  onun barəsində hüquq mühafizə orqanlarına müraciət edəsiniz.

2. Seçki Məcəlləsinin 88.8-ci maddəsinə müvafiq olaraq “Xalq Seçir” verilişinin hazırkı aparıcısı barədə müvafiq tədbir görəsiniz.

Facebook Şərhləndirmə:

“Hafiz Hacıyevin namizədliyi ləğv edilsin – Tələb” yazısına bir cavab

  1. Memmed deyir:

    Hafiz Hacıyev nəinki prezidentliyə, heç insanlığa da layiq namizəd deyil. Yeri oldu-olmadı (daha çox – olmadığı hallarda) hər yerə burnunu soxur, hamını söyür, təhqir edir. Cilovsuz, kəndirsiz adamdır. Ondan ancaq fəhlə kimi ağır işlərdə, gəmilərdən yük boşaldılmasında səmərəli istifadə etmək olar. Onu nəinki televiziyaya, ümumiyyətlə heç ictimaiyyət arasına da buraxmaq olmaz. Çox təhlükəli, rəqiblərinin ölümlərinə susayan bir (na)kəsdir. Onun namizədliyi ləğv edilməli və bir çoxlarnı, o cümlədən professor Cəmil Həsənlini birbaşa televiziya studiyasında ölümlə hədələdiyinə, Azərbaycanın siyasi elitası barədə xarici ölkələrin tamaşaçılarında yanlış təsəvvür yaratdığına, ölkənin siyasi imicinə ziyan vurduğuna görə təxirə salınmadan cinayət məsuliyyətinə cəlb edilməlidir.
    Bacarıqsızlığına, qətiyyətsizliyinə, tərəfbazlığına görə isə uşaq kimi ağzından hörrə tökülən İTV aparıcısı televiziyadan uzaqlaşdırılmalıdır.

    Rəhman Qarabağlı

Şərhinizi yazın