Menu
Geri İrəli

Hava bu gün yağıntılı olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Fevral 2014 • Baxış sayı: 395 dəfə • Şərh yoxdur

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

sumqayit-yeni-il-hazirliq

Facebook Şərhləndirmə:

Şərhinizi yazın