Menu
Geri İrəli

Hava dəyişir

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Oktyabr 2013 • Baxış sayı: 193 dəfə • Şərh yoxdur

Oktyabrın 13-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz kəçəcəyi ehtimal olunur. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 9-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcəyədək isti olacaq. Anspress

Facebook Şərhləndirmə:

Şərhinizi yazın