Menu
Geri İrəli

Hava isti olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Oktyabr 2013 • Baxış sayı: 121 dəfə • Şərh yoxdur

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. 

Temperatur gecə 7-11°, gündüz 16-20° isti, Bakıda gecə 8-10°, gündüz 17-19° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 millimetr civə sütunu təşkil edəcək, gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq.

Temperaturun gecə 2-7°, bəzi yerlərdə 0°-yə yaxın, gündüz 15-20° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimal olunur.

hava-isti-gun_845379938611 (1)

 

 

 

 

 

 

 

 

Temperatur gecə 5-10°, gündüz 15-20° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Temperatur gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur.

Temperatur gecə 6-11°, gündüz 15-20° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman, çiskin olacaq.

Temperatur gecə 7-12°, gündüz 15-20° isti, dağlarda gecə 1-6°, gündüz 7-12° isti olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın