Menu
Geri İrəli

Hava yağışlı və küləkli olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Oktyabr 2013 • Baxış sayı: 131 dəfə • Şərh yoxdur

Oktyabrın 6-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 10-12, gündüz 12-16 dərəcə isti olacaq.

 Azərbaycanın rayonlarında oktyabrın 6-da şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 15-19, dağlarda gecə və gündüz 4-9 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə isə temperaturun 0 dərəcəyə yaxın olacağı gözlənilir.

Qarli soyuq hava sulu 170212

Facebook Şərhləndirmə:

Şərhinizi yazın