Menu
Geri İrəli

“Heç bir qurum şikayətimizə məhəl qoymur” – SUMQAYIT SAKİNLƏRİNDƏN ŞİKAYƏT

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Noyabr 2014 • Baxış sayı: 500 dəfə • Şərh yoxdur

 10807043_1526015137610484_544389948_nSumqayıt şəhər Hazı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən hərbi mehmanxanada yaşayan sakinlər tərəfindən sumqayitxeber.com saytına şikayət məktubu daxil olub. Şikayət məktubunda qeyd olunur ki, onsuzda yararsız vəziyyətdə olan bu yaşayış məskənində son günlər vəziyyət daha da acınacaqlıdır: “Yaşadığımız binanın yararsız vəziyyətdə olması ilə bağlı dəfələrlə aidiyyati qurumlara müraciət etmişik, ancaq heç bir qurum bizim şikayətimizə məhəl qoymur. Son günlər yaşayış binasına verilən qaz və suyun kəsilməsi yaşayışı daha da çətinləşdirib. Bu binaya işıq, qaz və su hərbi hissədən verilirdi. Hazırda həmin hərbi hissədə təmir getdiyi üçün 2 aydır suyumuzu kəsiblər. Artıq bu gündən qazı da kəsiblər və yaxın günlərdə işığımızın da kəsilməsi gözlənilir.”

Sakinlər bildirir ki,binanı yaxınlığında antisanitariya baş alıb gedir: “Yaxınlıqda dərin hovuz var. Uşaqları həyətədə oynamağa qoya bilmirik, binamızın kanizasiya sistemi işləmir. Çirkab suları binanın altına gedir.”

sumqayitxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın