Menu
Geri İrəli

Hesablama Palatası Sumqayıt Şəhər İcra Hakimiyyətində hansı nöqsanlar aşkarladı? – HESABAT

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Aprel 2015 • Baxış sayı: 412 dəfə • Şərh yoxdur

icraAzərbaycan Hesablama Palatası Sumqayıt Şəhər İcra Hakimiyyətində maliyyə nöqsanları, qanunsuz struktur bölmələrinin yaradılması və muzdluların işlədilməsi, o cümlədən sənədləşmələrdə qanunsuz əməliyyatlar aşkarlayıb.

APA-ya istinadən xəbər verir ki, bu, Hesablama Palatasının 2014-cü ildəki fəaliyyətinə dair hesabatında əksini tapıb.

Hesabatda bildirilir ki, İcra Hakimiyyətinin İnformasiya və Reklam Departamentində audit nəticəsində müəyyən edilib ki, reklam yayımına icazə verilməsinə dair sifarişçilərlə bağlanmış müqavilələr əsas götürülməklə reklam daşıyıcılarının müvafiq meyarlar, o cümlədən tarix zonaları, sifarişçilər, ünvanlar, yerləşdirilmə yerləri, reklam daşıyıcılarının ölçüləri, reklam mövzuları və sair üzrə dislokasiyası tərtib edilməyib. Sifarişçilərlə bağlanmış müqavilələr üzrə debitor və kreditor borcların uçotu aparılmayıb. Debitor və kreditor borcların uçota alınması təmin edilməyib, eyni zamanda 169 əməliyyat üzrə 8450,0 manat məbləğində dövlət rüsumunun tutulması və dövlət büdcəsinə ödənilməsi təmin olunmayıb.

Bundan başqa, İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsində aparılan yoxlama nəticəsində də məlum olub ki, Sumqayıt şəhərinin mövcud baş planının 1978-ci ildə təsdiq edilməsinə baxmayaraq yoxlama aparılan tarixədək yeni baş planı hazırlanaraq təsdiq edilməyib, memarlıq və tikinti işləri ilə bağlı şəhər İcra Hakimiyyəti aşçısı tərəfindən verilmiş sərəncamların İdarəyə daxil olmasının, iş və xidmətlərə görə vətəndaşlardan və hüquqi şəxslərdən daxil olan ərizə və müraciətlərin qeydiyyatı, uçotu aparılmayıb.

İdarənin xərclər smetası müvafiq qaydada təsdiq edilməyib, işçilərin əmək haqlarına edilmiş əlavələr əsaslandırılmayıb.

Hesablama Palatasının Kollegiyası Sumqayıt şəhər İcra Hakimiyyətindəki auditin nəticələrini müzakirə edib, əvvəlcə İnformasiya və Reklam Departamentindəki, daha sonra Memarlıq və Şəhərsalma İdarəsindəki nöqsan və çatışmazlıqlar ilə bağlı qərar qəbul edib. Hər iki qərarlar Sumqayıt Şəhər İcra Hakimiyyətinə göndərilib. Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumat verilib.

Şəhər İcra hakimiyyətindən aşkar olunan nöqsanlarla bağlı tədbirlər görüldüyü, hüquqi və fiziki şəxslərdən reklam yayımına icazəyə görə tutulmamış dövlət rüsumunun 2150,0 manatının tutularaq dövlət büdcəsinə ödənildiyi, uçota alınması təmin edilmiş debitor borcların ödənilməsi ilə bağlı bütün hüquqi və fiziki şəxslərə məktubların göndərildiyi, məhkəmədə iddia qaldırılması üçün hazırlandığı və bütün bunlarla bağlı əlavə məlumatın veriləcəyi bildirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın