Menu
Geri İrəli

Heydər Əliyevin 90 illik yubileyi Sumqayıt şəhər prokurorluğunda qeyd edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Aprel 2013 • Baxış sayı: 179 dəfə • Şərh yoxdur

Azərbaycan Baş Prokurorluğunun Tədbirlər Planına uyğun olaraq, aprelin 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi Sumqayıt şəhər prokurorluğunda qeyd edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhər və hərbi prokurorluqları, bölgə rayon prokurorluqları əməkdaşlarının, həmçinin Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri və şəhər hüquq mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə keçirilən seminar-məşğələni şəhər prokuroru Dağlar Zeynalov açaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizdə hüquqi dövlət quruculuğu prosesində gördüyü möhtəşəm işlər barədə məlumat verib.

Tədbirdə Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin prokuroru Malik Səlimovun ulu öndərin Azərbaycan Prokurorluğu orqanlarının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi işlər barədə geniş məruzəsi dinlənilib.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti ilə bağlı YAP Sumqayıt şəhər təşkilatının sədri və digər natiqlər çıxış ediblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın