Menu
Geri İrəli

Heydər Əliyevin məşhur cangüdəni təqaüdə göndərildi

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Oktyabr 2013 • Baxış sayı: 144 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikasının “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanununa müvafiq olaraq ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun əmri ilə Penitensiar Xidmətin rəis müavini, ədliyyə polkovniki Mahir Çingiz oğlu Musayev ədliyyə orqanlarında qulluq keçmənin yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Bu barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

 Mahir Musayev 1975- ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsini, 1985-ci ildə isə SSRİ DİN-nin Akademiyasını bitirib. 1975-ci ildən hüquq-mühafizə orqanlarında xidmətə başlayıb. 1988-ci ildə Bakı şəhəri Əzizbəyov rayon Daxili İşlər Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsiə təyin olunub. 1992-ci ildən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində çalışıb.

2007-ci ilin fevral ayından indiyədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini vəzifəsində işləyirdi, ədliyyə polkovnikidir. Ailəlidir, 3 övladı, 2 nəvəsi var. / Modern.az /

Qeyd edək ki, M. Musayev mərhum prezident Heydər Əliyevin cangüdəni olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın