Menu
Geri İrəli

“HEYDƏR ƏLIYEV FENOMENİ GƏNCLƏRİN GÖZÜ İLƏ”- SUMQAYIT GƏNCLƏRİ DƏYİRMİ MASA KEÇİRİB

Müəllif: sumqayitxeber.com • Tarix: 7 May 2015 • Baxış sayı: 561 dəfə • Şərh yoxdur

11142431_721651057958236_4913607220975846643_n

Sumqayıt şəhər İcra Hakimiyyəti və Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 5 may 2015-ci il tarixində Sumqayıt Heydər Əliyev Mərkəzində müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev fenomeni gənclərin gözü ilə!” adlı dəyirmi masa keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən filmə baxmışlar.
Tədbiri giriş sözü ilə açan şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev ümummilli liderin zəngin həyat və fəaliyyətindən bəhs etmiş, ulu öndərin gənclərə göstərdiyi diqqət və qayğının onun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etməsini xüsusilə nəzərə çatdırmışdır.
Gənclər və İdman Baş İdarəsinin rəisi Elşən Baxşəliyevin, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı İdarə Heyətinin üzvü Ceyhun Məmmədovun, Yeni Azərbaycan Partiyası Sumqayıt Dövlət Universiteti ərazi ilk təşkilatı Gənclər Birliyinin sədri Səma Əsədovanın və başqalarının çıxışlarında XX əsrin dünya şöhrətli dövlət və siyasi xadimi Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasından, onun təşəbəbbüsü və bilavasitə rəhbərliyi altında ölkənin sosial-iqtisadi və mədəni həyatında tərəqqidən bəhs edilmişdir.

11204979_721652184624790_1851399496422712436_n 11165255_721650924624916_5276545891535347975_n  11008466_721651404624868_5552191956575028380_n 10403694_721650417958300_983077527317523703_n 11165255_721650924624916_5276545891535347975_n

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın