Menu
Geri İrəli

Hindistanın Azərbaycandakı səfiri Sumqayıtda olub – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 25 May 2017 • Baxış sayı: 906 dəfə • 4 şərh

DSC_0020

Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Sumqayıt şəhərində səfərdə olub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə  Azərbaycan – Hindistan əlaqələri çərçivəsində Sumqayıt şəhəri ilə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qonağı salamlayaraq, şəhərin tarixi, sosial-iqtisadi inkişafı, son vaxtlar həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Z.Fərəcov Sumqayıtın bir sıra dünya şəhərləri ilə dostluq, əməkdaşlıq əlaqələri qurduğunu diqqətə çatdırıb.

Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Sumqayıtın Azərbaycan üçün önəmli olduğunu vurğulayaraq şəhərlə bağlı xoş təəssüratlarını bölüşüb.

Səfir Hindistanın hər hansı bir şəhəri ilə Sumqayıt şəhəri arasında dostluq və qardaşlıq əlaqələrinin qurula biləcəyini qeyd edib. Gələcəkdə tələbə mübadiləsi, müxtəlif sahələrdə təlim proqramlarının təşkili, mədəni tədbirlərin həyata keçirilməsi və digər istiqamətlərdə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını vurğulayıb.

DSC_0019 DSC_0025 DSC_0046

 

Facebook Şərhləndirmə:

“Hindistanın Azərbaycandakı səfiri Sumqayıtda olub – FOTO” yazısına 4 cavab

  1. Şəlalə deyir:

    Gündən-günə abadlaqşan şəhərimlə qürur duyuram.Bu gənc şəhərin zəhmətkeş sakinlərinə verilən bu qiymətə,göstərilən diqqətə görə aidiyyatı orqanlara öz təşəkkürümü bildirirəm.

  2. Nailə deyir:

    Şəhərimin dünyanın bir çox olkə və şəhərləri ilə qardaşlıq ,iqtisadi,mədəni əlaqələri və bu sahədə aparılan işlər Sumqayıt Şəhər İcra hakiminin və dövlət başçısının şəhərimizə və sumqayıtlılara olan sevgi və qayğısının bariz nümunəsidir.Göstərdiyiniz qayğı üçün sonsuz təşəkkürlər Sizə!

  3. Vəfa deyir:

    Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı, son vaxtlar həyata keçirilən layihələr ,şəhərdə aparılan abadlıq və quruculuq işləri şəhər başçısının göstərdiyi xidmətlərin nəticəsidir.Bu uğurlu addımlar bir sumqayıtlı kimi məni də çox sevindirir.

  4. Şəhla deyir:

    Şəhərimin bugühkü görünüşü bir sumqayıtlı kimi məni də çox sevindirir.

Şərhinizi yazın