Menu
Geri İrəli

“Hiper” marketdə alıcıların qiymətdə aldadıldığı aşkar olunub – NAZİRLİKDƏN AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Mart 2015 • Baxış sayı: 1,439 dəfə • Şərh yoxdur

erzaq-2İstehlakçıların qiymətdə aldadılmasının qarşısı alınıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi, 8A ünvanında Südabə Əsgərovaya məxsus “Hiper” marketdə aparılan yoxlama zamanı təklif olunan malların nəzarət-kassa aparatının yaddaşında olan qiymətlərinin yarlığındakı qiymətlərdən artıq göstərilməsi ilə istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın