Menu
Geri İrəli

“Hökumət vətəndaşla gizlənpaç oynamamalıdır”

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Dekabr 2013 • Baxış sayı: 205 dəfə • Şərh yoxdur

parlamentMilli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkilləri qiymət artımı məsələsini müzakirə ediblər. 

 “Qafqazinfo” xəbər verir ki, millət vəkili İqbal Ağazadəbildirib ki, büdcə layihəsinin müzakirəsi zamanı o qiymətlərin artacağı barədə hökumət üzvlərinə sual versə də, hökümət üzvləri buna cavab verməyiblər:

“Buna nə ehtiyac var idi? Nəyə əsasən yanacağın qiyməti artırılmalı idi? Sadəcə müraciət etdim deyə qiymət artırlmalı deyildi. Əgər yanvardan 30 faiz qalxacaqsa, sentyabrdan bu 90%-ə çatacaq. Bu ciddi problemdir. Mən hökümətdən tələb edirəm ki, yenidən buna baxsın və bunu əsaslandırılsın. Mən başa düşmürəm ki, qiymət azalması niyə yanvarın 1-dən qüvvəyə minir, qiymət artımı isə bu gündən?”

Millət vəkili Zahid Oruc bildirib ki, bazar iqtisadiyyatı şəraitində qiymət artımı baş verməsi normaldır: “Büdcə müzakirələrində bunu hökumət üzvləri qeyd etmişdilər. Qeyd edilib ki, əhalinin elə bir təbəqəsi yaranıb ki, onların imkanları var. Bunun proqnozu da verilmişdi. Mən 2007-ci ili xatırlayıram. Tarif Şurası bir həftədən sonra izahat vermişdi. Bununla əlaqədar bir sıra  kateqoriyaların maaşları artacaq. Bunu da yaxın günlərdə görəcəyik”.

Fazil Mustafa qeyd edib ki, qiymət artımı ilə bağlı əsaslandırmanın heç bir əsası yoxdur:

“Hökumət vətəndaşla gizlənpaç oynamamalıdır. Pensiyalar artmalı idi. 125 manat yaşayış minumumu isə vətəndaşın bir avtomobil idarə etməsinə də bəs etmir. Əvvəlcədən az təminatlı insanların necə yaşacağı təxmin edilməli idi. Belə çıxır ki, bundan sonra hökumət yol, tunel  çəkilişini dayandırmalıdır. Velosiped yolları çəkilməlidir. Neft ölkəsiyik. Azərbaycan xalqı nə vaxt bunun bəhrəsini görə biləcək?”

Siyavuş Novruzov millət vəkili Fazil Mustafanın fikirlərinə cavab verib: “Mən də qiymət artımı ilə bağlı danışmaq istəyirəm. Belə çıxır ki, Azərbaycan dövləti  xalqı Fazil Mustafadan daha az düşünür . Bu əsaslandırılır, analiz aparılır. Rabitə xərcləri də azaldıldı. Prezidentin sərəncamı ilə əmək haqqı, pensiya artırıldı. Kənd təsərrüfatı malları vergidən azad edildi. Demək istəyirəm ki, Azərbaycan neftindən sosial təbəqə də istifadə edir. Hesab edirəm ki, neftdən gələn gəlirdən Fazil Mustafa da az istifadə etmir”.

Spiker  Oqtay Əsədov da müzakirələrə münasibət bildirib:

“Fazil Mustafa yaxşı bir təklif elədi. O, velosiped yolunu təklif elədi. Düzdür, o bunu “məzə” ilə dedi. Amma pis təklif deyildi. Paris də daxil olmaqla digər şəhərlərdə də velosiped sürürlər”.

Günel

Facebook Şərhləndirmə:

Şərhinizi yazın