Menu
Geri İrəli

Hüquq müdafiəçiləri Sumqayıt şəhər Polis İdarəsi və polis bölmələrində monitorinq keçiriblər

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyun 2015 • Baxış sayı: 508 dəfə • Şərh yoxdur
Share Button

qoraddelİşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Bəhmən İmanov Sumqayıt Şəhər Polis İdarəsində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, hazırda idarənin saxlanma yerində 17 nəfər saxlanılır: “Saxlanılan şəxslərdə təklikdə görüşdük, söhbət etdik. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri yoxdur. Bütün kameralar kondisionerlə təchiz olunub, saxlanma şəraiti standartlara uyğundur”.

E. Behbudov Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci və 4-cü polis bölmələrində də monitorinq keçirdiklərini bildirib: “Bizə müraciət edirdilər ki, 4-cü polis bölməsində müvəqqəti saxlanma yeri qanunsuz olaraq fəaliyyət göstərir. Biz həmin əraziyə baxış keçirdik, deyilənlər öz əksini tapmadı”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın