Menu
Geri İrəli

Hüquq pozuntusuna məruz qalmış qadınlara pulsuz hüquqi və psixoloji xidmətlər göstərilir

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Fevral 2010 • Baxış sayı: 525 dəfə • Şərh yoxdur

İnsan Alveri Əlehinə Şəbəkənin üzvü “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İçtimai Birliyi Acıq Cəmiyyət İnstitutu – Yardımn Fondunun maliyyə dəstəyi ilə yeni layihənin icrasına başlamışdır. Həmin layihə çərçivəsində  İnsan Alveri Əlehinə Şəbəkənin Sumqayıt  Regional Mərkəzində hüquq pozuntusuna məruz qalmış qadınlara aşağıdakı xidmətlər göstərilir:

  1. Pulsuz hüquqi yardım.

Bu xidmət növü bütün hüquq sahələrini əhatə edir. Mərkəzin hüquqşunasları tərəfindən göstərilən hüquqi yardıma aiddir:

  • Qadınların məruz qaldıqları qanun pozuntuları barədə ərizələrin, şikayətlərin və müraciətlərin hazırlanması.
  • Ehtiyac olduqda pozulmuş hüquqların məhkəmələrdə müdafiəsinin təşkili.
  • Ərizələrin Avropa Məhkəməsinə göndərilməsi və s.
  1. Pulsuz psixoloji xidmət.

Psixoloji xidmət uzun müddətdir ki, Sumqayıtda fəaliyyət göstərən Psixoloqların Resurs Mərkəzinin əməkdaşları tərəfində göstərilir.

  1. “Etimad telofonu”   -  (018) 642-48-27

Hüquq pozuntusuna məruz qalmış hər bir qadın, onların yaxınları anonim qalaraq bu telefon vasitəsi ilə onlar üçün zəruri olan hüquqi və psixoloji yardım ala bilərlər.

Qurum Resurs Mərkəzi qismində də fəaliyyət göstərir. İnsan alveri, qadın hüquqları məsələləri ilə maraqlanan hər bir şəxs Mərkəzin ofisindəki kitabxanadan, internet qovşağından sərbəst istifadə etmək imkanına malikdir. Şəhərdə və yaxın bölgələrdə fəaliyyət göstərən içtimai qurumlar qadın hüquqlarının müdafiəsi ilə bağlı tədbirlərini Mərkəzin ofisində keçirə bilərlər.  Mərkəzin nəzdində belə tədbirlərin keçirilməsi üçün zəruri olan bütün mebel və avadanlılarla təchiz olunmuş konfrans zalı vardır.

Yaxın zamalrada Mərkəzin göstərdiyi xidmətlər çərçivəsi daha da genişlənəcəkdir.

Mərkəz tərəfindən göstərilən bütün xidmətlər pulsuzdur.

Mərkəzin ünvanı: Sumqayıt şəhəri, 1-ci mikr, bina 45 B. Nizami k/t ( keçmiş Rusiya k/t) ilə üzbəüz. Onmərtəbəli binanın 1-ci mərtəbəsi.

Telefon: (018) 64-2-48-27; Mərkəzin rəhbəri Mustafayev Ruslan: (050) 300-87-88;

E- mailnahtazsumqait@gmail.com ;  azwomen@mail.ru

Facebook Şərhləndirmə:

Şərhinizi yazın