Menu
Geri İrəli

“HÜQUQİ DÖVLƏTİN PRİNSİPLƏRİ” MÖVZUSUNDA DƏYİRMİ MASA

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyun 2013 • Baxış sayı: 253 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi şəhər Mərkəzləşdirilmiş Kitabxana Siteminin M. Ə. Rəsulzadə adına 2 saylı kitabxana-filialı ilə birgə “İnsan Hüquqları Aylığı” (18 may-18 iyun) çərçivəsində 01 iyun 2013-cü il tarixində M.Ə.Rəsulzadə adına 2 saylı kitabxana-filialının oxu zalında “Hüquqi dövlətin prinsipləri” mövzusunda dəyirmi masa təşkil etmişdir.

M. Ə. Rəsulzadə adına 2 saylı kitabxana-filialının direktoru Ofelya Məmmədova tədbirin keçirilmə məqsədi barədə məlumat vermişdir.

Şəhər Gənclər və İdman Baş İdarəsi gənclərlə iş sektorunun müdiri Rüstəm Sadıqzadə “Hüquqi dövlət” anlayışı, onun prinsipləri, Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu tarixi, Aəzrbaycan Respubliaksının Konstitusiyası barədə ətraflı bəhs etmişdir. O, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 1991-ci ildə əldə edilməsinə baxmayaraq, hüquqi dövlət quruculuğunun Ümummilli Lider, mütəqil Aəzrbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin adı ilə bağlı olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Sonra diskussiya şəraitində davam edən dəyirmi masa zamanı kitabxananın gənc oxucularının, müxtəlif sahələri təmsil edən gənclərin sualları cavablandırılmışdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın