Menu
Geri İrəli

İcra başçısı: “700 binanın dam örtüyünün dəyişdirilməsinə ehtiyac var”

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Fevral 2016 • Baxış sayı: 978 dəfə • 1 şərh

zakir fereceov4343Bu gün Sumqayıt Şəhər İcra Hakimiyyətində  2015-ci il üzrə hesabat konfransı keçirilib.  “sumqayitxeber.com”un xəbərinə görə hesabat yığıncağında çıxış edən Zakir Fərəcov bildirib ki, Sumqayıt şəhərində uzun illərdən yığılıb qalmış əsas qlobal problemlərdən biri də mənzil fondunun qorunub saxlanılmasıdır: “Dövlət Mənzil fondunda olan 1365 binanınn 50,0 faizdən çoxu təqribən 700 binanın dam örtüyünün, 200-dən çoxunun zirzəmisinin, aşağı kommunikasiya xətlərinin əsaslı təmir olunmasına, 20-yə qədər qəzalı vəziyyətdə olan binadalarda təmir bərpa və bərkitmə-gücləndirmə işlərinin aparılmasına zəruri ehtiyac vardır. Təssüflər olsun ki, bu sahədə son illər tutarlı işlər görülməmişdir.”

Başçı bildirib ki, hesabat ilinin sonlarında daxili imkanlar hesabına 17-ci və 18-ci mikrorayonlarda binaların dam örtüklərinin və zirzəmilərinin təmir olunması istiqamətində müəyyən işlər görülməsinə başlanmış, 9 yaşayış binasının yumşaq dam örtüyü metal-kirəmit örtüklə əvəz edilmiş, 2 binada işlər başa çatmışdır. 28 binanın  fasadı, rənglənib, 5 binanın dam örtüyü təmir edilib. Yaşayış binalarında 48 mənzilin dam örtüyü şiferlə, 210 mənzilin dam örtüyü ruberoidlə cari təmir edilmiş, 69 binanın xarici kürsü divarı rənglənmiş, məhəllə və mikrorayonların ərazisində 84 ədəd oturacaq təmir edilmiş və 140 yaşayış binasının zirzəmisi təmizlənmiş, səki daşları rənglənmiş, binaların girişləri işıqlandırılmışdır.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sumqayıt və sumqayıtlılara onların problemlərinin həll olunmasında daim dəstək olmuşdur. Bu dəfə də ilin sonunda şəhərdə 100 binanın dam örtüyünün  təmir olunmasına vəsait ayrılması üçün sərancam imzalamışdır. Bu sərəncam sumqayıtlıların çoxdan arzuladığı bir problemin həlli istiqamətində şəhər sakinlərinin qəlbində böyük ümid yaratdı. Onlar buna görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirirlər.

Bu sahadə müəyyən irəlləyişlərin olmnasına baxmayaraq, görüləsi işlərdə çoxdur. Binaların girişində, pilləkən qəfəslərində və uzun müddət istismar nəticəsində yarasız halda olan aşağı şəbəkə üzrə su və kanalizasiya xətlərinin əsaslı təmirə böyük ehtiyacı vardır.  “Mənzil Kommunal Təsərrüfatı İstehsalat” Birliyi onun yerlərdə olan Mənzil Kommunal sahələri mənzil fondunun qorunub-saxlanılması istiqamətində öz işlərində köklü surətdə dəyişiklik aparmalı və əməli tədbirlər görməlidirlər.”

Facebook Şərhləndirmə:

“İcra başçısı: “700 binanın dam örtüyünün dəyişdirilməsinə ehtiyac var”” yazısına bir cavab

  1. Rəna İmanova (Təbəssüm) deyir:

    Zakir Fərəcovun qısa müddətdə gördüyü işlər təqdirəlayiqdir. Mən dəstəklədiyim Prezident İlham Əliyevə Sumqayıta layiqli başçı Zakir Fərəcovu təyin etdiyinə görə təşəkkürümü saytında bildirmişəm. Sumqayıtın işıqlı sabahı var. Təəssüf ki, 28-29 yanvar 2016-da Zakir müəllimin adına ünvanladığım ərizəm və teleqram ona çatdırılmamışdır. Qəbuluna yazılsam da dəvət olunmuram. Zakir müəllimin alicənab, xeyirxah, humanist və bütöv şəxsiyyət kimi dərdimə əlac edəcəyinə inanıram. Lakin müraciətim şəxsən başçıya çatdırılmayıb. Xahiş edirəm məni qəbul etsin. RƏNA İMANOVA

Şərhinizi yazın