Menu
Geri İrəli

İcra başçısı uşaqların Novruz şənliyində – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Mart 2017 • Baxış sayı: 1,565 dəfə • Şərh yoxdur

DSC_0510

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 66 saylı körpələr evi uşaq baxçasında Novruz bayramı münasibəti ilə təşkil edilən bayram şənliyində iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov körpə fidanları və bağçanın kollektivini bayram münasibəti ilə təbrik edib. Gələcəyimiz olan uşaqlara can sağlığı, süfrələrinə bol ruzi-bərəkət , hər bir ailəyə sevinc və səadət dolu günlər və vətənə layiqli övlad olmalarını arzulayıb.

Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada uşaqlar maraqlı proqramla çıxış ediblər. Uşaqların ifasında Novruza, yazın gəlişinə həsr olunan şerlər, mahnılar və rəqs nömrələri tədbir iştirakçılarına xoş ovqat və bayram əhval-ruhiyyəsi bəxş edib.

DSC_0011 DSC_0036 DSC_0078 DSC_0101 DSC_0129 DSC_0207 DSC_0236 DSC_0247 DSC_0250 DSC_0254 DSC_0282 DSC_0296 DSC_0298 DSC_0301 DSC_0326 DSC_0352 DSC_0369 DSC_0387
DSC_0520 DSC_0524 DSC_0539

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın