Menu
Geri İrəli

İcra hakimiyyəti aksiya keçirəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Aprel 2014 • Baxış sayı: 711 dəfə • Şərh yoxdur

Sumqayıt Şəhər İcra Hakimiyyəti (ŞİH) radikal dini qrupların bu şəhərdə aksiya keçirəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirilib.

İcra hakimiyyətinin informasiya təminatı və təhlili sektorunün müdiri Ayaz İmaməliyev virtualaz.org saytına açıqlamasında bildirdi ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

A.İmaməliyev aprelin 13-də saat 12:00-da Sumqayıt ŞİH-in binası qarşısında etiraz aksiyasının keçirilməsi ilə bağlı şəhər küçələrində elanların vurulması xəbərinin də yalan olduğunu söylədi: “Əgər şəhər küçələrində belə elanlar vurulsaydı, təbii ki, bizim bundan xəbərimiz olardı. Bu məlumatların nəyə istinadən yazıldığını bilmirik”.

İlkin

Virtualaz.org

Radikal dini qruplar (vəhhabilərin olduğu deyilir) aprelin 13-də saat 12.00-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası təyin ediblər.

Virtualaz.org publika.az-a istinadən bildirir ki, artıq Sumqayıtda divarlara aksiyaya çağırış vərəqələri yapışdırılır. Bundan əlavə, Bakı-Sumqayıt marşrutunda çalışan bəzi taksi sürücüləri də insanların aksiyalara gəlməsi barədə təbliğat aparırlar .

icra

Facebook Şərhləndirmə:

Şərhinizi yazın