Menu
Geri İrəli

İcra hakimiyyətlərində qərargahlar və “qaynar xətt” yaradılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Fevral 2016 • Baxış sayı: 560 dəfə • Şərh yoxdur

14546064244285829588_1000x669İcra hakimiyyətlərində qərargahlar və “qaynar xətt” yaradılıb. Bütün sahibkarların, sakinlərin müraciətlərinə həssaslıqla yanaşılmalı, təhlil aparılmalıdır. Bütövlükdə, hər bir iş Azərbaycanda sahibkarlığın inkişafına yönəldilməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Sumqayıtda jurnalistlərə müsahibəsində söyləyib.

Zeynal Nağdəliyev deyib: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu və ya digər səbəblərdən fəaliyyətini dayandırmış qurumlardan azad olunmuş işçilər var. Dövlətimizin başçısı onların işlə təmin olunması məsələsini icra orqanlarının qarşısında vəzifə olaraq qoyub. 30 minə yaxın iş yeri artıq müəyyənləşib və bunlar həm müvafiq mərkəzi, həm də yerli icra orqanları tərəfindən tənzimlənəcək. Onların məvacibləri də münasib olacaq. Prezident İlham Əliyevin tapşırığı budur ki, hər bir ailənin yeni yaranmış şəraitdə müəyyən qazancı olmalıdır”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın