Menu
Geri İrəli

İdarə rəisi: “Yaxın 2 saat ərzində şəhər su ilə tam təmin olunacaq”

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Mart 2016 • Baxış sayı: 1,127 dəfə • 1 şərh
Sumqayıt Su-kanal İdarəsinin rəisi:

Sumqayıt şəhərinin bir çox hissəsində əhalinin su ilə təminatında problemlər yaranıb. Belə ki, şəhərin bir sıra ərazilərində içməli suyun verilməsi məhdudlaşdırılıb.

Məsələ ilə bağlı Sumqayıt Su-kanal İdarəsinin rəisi Darvin Hüseynovla əlaqə saxladıq. İdarə rəisi  bildirdi ki, yeni layihənin qoşulması ilə əlaqədar olaraq Sumqayıt şəhərində suyun verilməsində müəyyən fasilələr yaranıb və artıq bu gündən əhalinin su ilə təminatı bərpa olunub: ”Hazırda şəhər əhalisinin 70-80% su ilə təmin edilir. Yaxın 2 saat ərzində şəhər su ilə tam təmin olunacaq.”

Xatırladaq ki, 40-cı məhəlləyə yeni su xəttinin çəkilməsi ilə əlaqədar olaraqmartın 4-dən 2,6,11,13 mikrorayonlarda, 34,45,47-ciməhəllələrdə tam, həmçinin 1, 4,5,10, 12,17-ci mikrorayonların və Corat qəsəbəsinin bəzi hissələrinə suyun verilməsində məhdudiyyət yaranmışdı.
Xeberle.com

Facebook Şərhləndirmə:

“İdarə rəisi: “Yaxın 2 saat ərzində şəhər su ilə tam təmin olunacaq”” yazısına bir cavab

  1. Adil deyir:

    Bu Darvin müəllim 9-cu mikrorayonun (köhnə) musiqi məktəbindən ta göz xəstəxanasına kimi olan hissəni
    (koroqlu prospekti boyunca) bir əncam çəksəydi pis olmazdı.
    onsuzda bir xeyri yoxdu bura yazmaqın
    amma yazıramda!!!!

Şərhinizi yazın