Menu
Geri İrəli

“İdrak” liseyinin məzunları 100 faiz nəticə göstərib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Avqust 2016 • Baxış sayı: 4,978 dəfə • Şərh yoxdur

IMG_0907

Sumqayıt şəhərində fəaliyyət göstərən “İdrak” liseyinin məzunları 100 faiz nəticə göstərib.

Sumqayitxeber.com xəbər verir ki, “İdrak” liseyinin məzunları artıq 6 ildir ki, 100 faiz nəticə göstərir. Məzunların 20 faizi xarici universitetlərdə, 80 faizi isə yerli universitetlərdə təhsil alır.

Artıq iki ildir ki, “İdrak” liseyinin Bakı filialı da fəaliyyət göstərir. Liseyin Bakı filialının məzunları da bu il qəbul imtahanında yüksək – 100 faizlik nəticə göstəriblər.

Bu il qəbul imtahanarında “İdrak” liseyinin  şagirdlərdən Məmmədli Cəlal 678 bal toplayaraq arzusunda olduğu ixtisasa yiyələnmək şansı qazanıb.  Digər məzunlar da  ölkənin nüfuzlu ali məktəblərində təhsillərini davam etdirəcəklər.

Liseyin 100 faizlik nəticəsini “Sumqayitxeber.com”-a şərh edən əməkdaşlar bildiriblər ki, ötən illərdə olduğu kimi növbəti ildə də “İdrak” liseyinin100  faizlik nəticə göstərəcəyinə əmindirlər: “Bizdə bu əminliyi yaradan fənn müəllimlərimizin məqsədyönlü və peşəkar əməyi və abituriyentlərimizlə aparılan psixoloji xidmət işləridir.”

IMG_0908b11-24


maxresdefault

 

idrak

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın