Menu
Geri İrəli

Asimder-İğdır Asılsız Erməni İddialarıyla Mücadilə Dərnəyinin rəhbəri Göksel Gülbey Sumqayıtda oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Aprel 2011 • Baxış sayı: 219 dəfə • Şərh yoxdur

AzərbaycanVətən Müharibəsi Veteranları Birliyi Summayıt şəhər təşkilatı nəzdində  Qarabağ Tədqiqatları Mərkəzinin dəvət ilə Asimder- Iğdır  Asılsız Erməni İddialarıyla Mücadilə Dərnəyinin rəhbəri Göksel Gülbey  Sumqayıt şəhərinə qonaq gəlib.

Eyni zamanda Türkiyəli nümayəndə heyəti ilə  birlikdə Milli  Qeyri- Hökumət Təşkilatları Forumun prezidenti Rauf Zeyni və Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri  İsmayıl Ağayev Qarabağ Tədqiqatlari Mərkəzi tərəfindən  Təfəkkür liseyində təsis olunan “ Məktəb Parlamenti”- nin açılışında iştirak ediblər. Qeyd edək ki, məktəb parlamentində 45 nəfər şagird təmsil olunur.

AVMVB Sumqayıt şəhər təşkilatının rəhbəri Mübariz Quliyev  Azərbaycan və Türkiyə münasibətlərinin inkişafı, erməni yalanlarının ifşa olunması naminə görülən işlərdə uğurlar  arzuladı və Asimder  Iğdır Asılsız Erməni İddialarıyla Mücadilə Dərnəyinin  rəhbəri Göksel Gülbəyi diplomla təltif etdi.

AVMVB Sumqayıt şəhər təşkilatının   nəzdində Qarabağ  Tədqiqatları Mərkəzinin rəhbəri Seymur Bayramov hər iki mərkəzin eyni məqsədlər uğrunda mübarizə apardığlarını   və bu yolda əlaqələrin daha da genişləndiriləcəyini vurğuladı.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın