Menu
Geri İrəli

İlham Əliyev Sumqayıtda səfərdə oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyul 2011 • Baxış sayı: 216 dəfə • Şərh yoxdur

Prezident İlham Əliyev Sumqayıt şəhərinə gəlmişdir.

Dövlət başçısı əvvəlcə Sumqayıtın girişində və şəhərdə görüləcək yenidənqurma-abadlıq işlərini əks etdirən stendlərə baxdı.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə görüləcək işlərlə bağlı məlumat verdi.

Dövlət başçısı yenidənqurma və abadlıq işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.

Sonra Azərbaycan dövlətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin ətrafında görülmüş abadlıq işləri barədə məlumat verildi.

Daha sonra dövlət başçısı Nəsimi adına Sumqayıt dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış oldu.

Şəhər ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Azərbaycan Prezidenti parkın gələcək vəziyyətini əks etdirən stendlərə baxdı.

Dövlət başçısına parkda görüləcək içlərlə bağlı məlumat verildi.

Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüşdü, onlarla xatirə şəkli çəkdirdi.

Sonra dövlətimizin başçısı parkın ərazisini gəzdi.

Azərbaycan dövlətinin başçısı Sumqayıt şəhər 1 saylı Uşaq- Gənclər İdman Məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etdi.

İdmançılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı idmançılarla görüşdü, onlarla söhbət etdi.

Daha sonra Prezident İlham Əliyev məktəblə tanış oldu.

Dövlət başçısı məktəbin boks trenajor, voleybol, basketbol, fitnes, tennis, boks zallarına və hovuza baxdı, idmançıların nümunəvi çıxışlarını izlədi.

Sonra dövlət başçısı Sumqayıt şəhərinin mərkəzində Heydər Əliyev parkında aparılan abadlıq və quruculuq işləri ilə tanış oldu.

Prezident İlham Əliyev parkda tikiləcək Heydər Əliyev Muzeyinin fotoeskizlərinə baxdı.

Dövlət başçısına parkın ərazisində görüləcək işlərlə bağlı məlumat verildi.

Azərbaycan dövlətinin başçısı Kimyaçı Mədəniyyət Sarayında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə də tanış oldu.

Prezident İlham Əliyev sarayın həyətində Heydər Əliyev meydanının yenidən qurulmasını əks etdirən stendlərə baxdı.

Dövlət başçısı Sumqayıt şəhərindəki Cümə məscidində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə də tanış oldu.

Məscidin axundu Prezident İlham Əliyevə görüləcək işlərlə bağlı məlumat verdi. Bildirildi ki, məsciddə yeni minarə də tikiləcəkdir.

Cümə məscidinin axundu dövlətimizin başçısına müqəddəs Qurani-Kərim hədiyyə etdi.

Sonra Prezident İlham Əliyev Sumqayıt Texnologiyalar Parkında yüksəkgərginlikli elektrik avadanlığı zavodunun fəaliyyəti ilə tanış oldu.

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına zavod haqqında məlumat verdi.

Bildirildi ki, müəssisədə dünyanın ən qabaqcıl texnologiyaları ilə hazırlanmış avadanlıq, eləcə də Finlandiya, Almaniya və Türkiyə istehsalı olan əymə, lazer kəsmə dəzgahları və ABŞ-dan alınmış laboratoriya sınaq qurğuları quraşdırılmışdır.

Prezident İlham Əliyev müəssisənin günəş kollektorları və istilik qazanları istehsalı sexini gəzdi.

Daha sonra dövlətimizin başçısı Sumqayıt Texnologiyalar Parkında qaynar sinkləmə zavodunun fəaliyyəti ilə tanış oldu.

Dövlət başçısına məlumat verildi ki, uzunluğu 15 metrə qədər olan polad məmulatın sinklənməsinə tam şəraitin olduğu zavodda tətbiq edilən texnologiya yüksək səmərəli və ekoloji təmiz istehsal prosesini təmin edir.

Qeyd edildi ki, zavodun ən son və müasir texnologiyalarla təchiz olunması buraxılan məhsulların keyfiyyətinə və uzunömürlülüyünə tam zəmanət verir.

Bununla da Azərbaycan Prezidentinin Sumqayıta səfəri başa çatdı.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın