Menu
Geri İrəli

İlham Əliyev Sumqayıtda yeni sənaye müəssisələrinin açılışında iştirak edib

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Fevral 2014 • Baxış sayı: 469 dəfə • Şərh yoxdur

48995Azərbaycan respublikasının prezidenti İlham Əliyev Sumqayıtda yeni sənaye müəssisələrinin açılışında iştirak edib.

ANS PRESS-in məlumatına görə, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərində səfərdə olub.

Əvvəlcə dövlət başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib. Prezident İlham Əliyev “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılan Azərbaycan kağız və karton istehsalat kombinatının, Sumqayıt yağ fabrikinin açılışlarında iştirak etmiş, müəssisələrin kollektivi ilə görüşüb.

Azərbaycan Prezidenti daha sonra mis emalı zavodunun açılışında iştirak edib, Nəsimi adına Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olub.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın